ŞƏMKİR, 28 iyul. TELEQRAF
Şəmkir şəhər sakini, 1991-ci il təvəllüdlü Elvin Ələsgərovun yaşadığı evdə meyidi tapılıb.
Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunublar.
Hadisənin səbəbləri araşdırılır.
İlkin məlumata görə, 34 yaşlı E. Ələsgərov ruhi-əsəb xəstəliklərindən əziyyət çəkirmiş.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.