RU

İran XİN: Regionda sərhədlərin dəyişdirilməsi ilə bağlı mövqeyimiz dəyişməyib

Regionda sərhədlərin dəyişdirilməsi ilə bağlı mövqeyimiz dəyişməyib.

Operativ Media xəbər verir ki, bunu İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik mətbuat konfransında deyib.

"İran hər zaman tranzit və nəqliyyat marşrutlarının yaradılmasını dəstəkləyib. 

Bu cür tədbirlər ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafında faydalıdır. Amma bu marşrutlar heç vaxt dövlətlərin ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməməlidir.

Regiondan kənar aktorların Cənubi Qafqaza daxil olması region ölkələrinin inkişafına kömək etməyəcək və biz mövqeyimizi açıqlamışıq. Sözügedən məsələ ilə bağlı şayiələr regional oyunçular tərəfindən rədd edilib. Lakin İran bu məsələni yaxından izləyir və hər iki ölkə ilə yaxından əlaqə saxlayır", - deyə o qeyd edib 

Избранный
34
operativmedia.az

1Источники