Moldova superliqasında 6-cı turun oyunları keçirilib
"Football-plus.az" xəbər verir ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Petrokub” “Daçia-2”ni qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.Hesabı 31-ci dəqiqədə “Petrokub”dan Petru Popesku açıb. 43-cü dəqiqədə Karuntu penaltidən hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə isə Petru Popesku dubl etməklə komandasının qələbə qolunu vurub.
Qeyd edək ki, 5 oyundan 11 xalı olan “Petrokub” lider “Şerif”dən (6 oyun) 2 xal geri qalmaqla 3-cü yeri tutur.
Xatırladaq ki, “Sabah” Kişinyovda keçirilmiş ilk matçda 2:0 hesabı ilə qələbə qazanıb. Bu komandaların cavab qarşılaşması iyulun 31-i Bakıda keçiriləcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта