RU

Türkiyədə meşə yanğınlarında üç könüllü ölüb

Operativ MM saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin Bursa, Karabük və Kahramanmaraş bölgələrində meşə yanğınlarının söndürülməsində iştirak edən üç könüllü ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, bu rayonlarda meşə yanğını davam edir. Yanğınla əlaqədar üç şübhəli saxlanılıb.

Məlumata görə, ötən gecə 1777 şəxsi heyət və 688 yanğınsöndürən maşın yanğını nəzarət altına almaq istiqamətində fəaliyyət göstərib. Onlara havadan da dəstək verilib.

İnformasiyaya əsasən, fəlakətlə əlaqədar 18 kəndin, 50 məhəllənin sakinləri təxliyə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
7
operativmm.az

8Источники