Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında "Qarabağ" "Şelburn"u qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, matçdan öncə Ağdam təmsilçisinin baş məşqçi Qurban Qurbanov media önünə çıxacaq. Təcrübəli mütəxəssisin iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 29-da saat 17:30-da “Azersun Arena”da baş tutacaq. Saat 18:00-də isə eyni arenada media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq məşq keçiriləcək. 

İrlandiya klubunun baş məşqçisi baş məşqçisi Coy O'Brayenin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:45-də start götürəcək. İrlandiya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 19:00-da başlayacaq. 

Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şelburn” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.