RU

İran: Qəzzada baş verənlər beynəlxalq hüququn pozulmasıdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün keçirilən həftəlik mətbuat konfransında Qəzzada baş verənləri "bənzəri olmayan bir soyqırımı" adlandırıb. O bildirib ki, siyonist rejimin ərzaq və həyat üçün zəruri vasitələri silaha çevirməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Bəqai qeyd edib ki, İran son günlərdə region ölkələri və İslam Əməkdaşlıq Təşkilatının üzvləri ilə məsləhətləşmələr aparıb. Məqsəd - Fələstin xalqına yardım göstərilməsi və Qəzzada soyqırımın qarşısının alınmasıdır.

O həmçinin Cənubi Qafqazla bağlı İranın mövqeyinin dəyişmədiyini vurğulayıb: "İran bölgədə sərhədlərin dəyişdirilməsinə qarşıdır və mübahisələrin sülh yolu ilə həllini dəstəkləyir."

Bəqai bəyan edib ki, İrana görə nəqliyyat dəhlizləri dövlətlərin ərazi bütövlüyünə zidd olmamalıdır və regiondankənar qüvvələrin iştirakı da bölgənin inkişafına xidmət etmir.

Avropa ilə aparılan danışıqlara toxunan sözçü bildirib ki, gündəlikdə yalnız nüvə məsələsi və sanksiyaların qaldırılması olub. Avropa tərəfinin yayımladığı bəzi məlumatların İranla heç bir əlaqəsi yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники