Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi aprel ayından bu günə qədər Naxçıvanda ilan sancması ilə bağlı statistikanı açıqlayıb.
Nazirlikdən verilən xəbərə görə, ilan sancması diaqnozu ilə ümumilikdə 43 nəfər müraciət edib.
Həmçinin, qeyd olunan müddətdə əqrəb sancması diaqnozu ilə 137 nəfər, qara əqrəb sancması diaqnozu ilə 7 nəfər, gün vurma diaqnozu ilə isə 6 nəfər xəstəxanalara müraciət edib.
"Cebheinfo.az"