RU

İran XİN: AEBA nümayəndə heyəti İrana səfər edəcək

BMT-nin nüvə təhlükəsizliyi üzrə müşahidə orqanı – Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri növbəti iki həftə ərzində İrana səfər edəcəklər.

Bakues.az Yaxın Şərq KİV-inə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) mətbuat katibi İsmail Bəqai bildirib.

“İran AEBA-ya gələcək əməkdaşlıq üçün yeni təlimat təqdim edəcək”, – XİN nümayəndəsi bildirib.

Bəyanat AEBA-nın rəhbəri Rafael Qrossinin Tehranın nüvə proqramı üzrə texniki danışıqları bərpa etməyə hazır olduğunu bildirməsindən bir neçə gün sonra səslənib.

Избранный
43
3
icma.az

4Источники