Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, Ağ Evin mətbuat katibinin müavini Anna Kelliyə istinad edən “Politico” nəşri belə yazıb. “Prezident Trampın xarici liderlərlə əla münasibətləri var, ona görə də o, ikitərəfli səfərlərdə son sələflərini xeyli geridə qoyub. Ağ Ev rəhbəri cəmi altı ay ərzində xarici liderlərlə 23 görüş keçirib”, - xanım Kelli vurğulayıb. Bundan əvvəl İspaniyanın “El Periodico” qəzeti Amerika lideri Donald Trampın həyat yoldaşı Melaniyanın onu nadir hallarda ictimai tədbirlərdə müşayiət etdiyini yazmışdı. Nəşrin məlumatına görə, iyulun 4-də Müstəqillik Günü şənliyində göründükdən sonra Melaniya Tramp rəsmi tədbirlərdə demək olar ki, nəzərə çarpmır. Mənbələr onun əsasən Floridadakı Mar-a-Laqo iqamətgahında və ya Nyu-Yorkdakı mənzillərində olduğunu bildirirlər. Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.