Azərbaycanın Xankəndi şəhərində yaşayış binası yaxınlığında yanğın törətməkdə təqsirləndirilən şəxs həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Araşdırmalar nəticəsində məlum olub ki, 1973-cü il təvəllüdlü Malik İsmayılov yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranıb və nəticədə təxminən 40 kvadratmetr sahədə yaşıllıq ziyan görüb.
İsmayılov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.