RU

Azərbaycan və Çin arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub  

Səhiyyə naziri Teymur Musayevlə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey arasında görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir iki ölkə rəhbərlərinin səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb:“Dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırıb”.

Teymur Musayev ölkələrimiz arasında strateji tərəfdaşlığın bir çox istiqamətləri əhatə etdiyini diqqətə çatdıraraq, səhiyyə sahəsində əməkdaşlığın da bu kontekstdə xüsusi önəm daşıdığını qeyd edib.

Çin səfiri Lu Mey iki ölkə arasında dostluq münasibətlərinin dinamik inkişafından məmnunluğunu ifadə edərək, səhiyyə sahəsində birgə təşəbbüslərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Görüş zamanı iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə tibb təhsili, elmi-tədqiqat fəaliyyətləri, əczaçılıq, innovativ texnologiyaların tətbiqi və digər maraq doğuran istiqamətlərdə birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Избранный
56
50
azerbaijan-news.az

10Источники