Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 449,8 min tonhazır və ya klinker formasında olan sement ixrac edilib.
Trend-inDövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu ixracdan28,9 milyon ABŞ dolları gəlir əldə edilib.
Sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 113,7 min ton, yaxud da 33,8%, dəyər ifadəsi ilə 8,3 milyon ABŞdolları və ya 40,3% artıb.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan 336,1 min tonmiqdarında, 20,6 milyon ABŞ dolları dəyərində sement ixracedilmişdi.
Sement ixracı cari ilin ilk altı ayını üzrə ümumi ixracın0,22%-ini, qeyri-neft sektoru üzrə ixracın 1,65%-ini təşkiledib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanxarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3dəfə azdır.