RU

Banklar kredit faizlərindən 1,8 mlrd. manatdan çox gəlir əldə ediblər

ain.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2025-ci ilin yanvar-iyun aylarında müştərilərə verilmiş kreditlərdən 1 milyard 869 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 361 milyon manat və ya 23,9% çoxdur.

Banklar 2024-cü ilin eyni aylarında 1 milyard 508.8 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

İlk 6 ayda (yanvar-iyun ayları) bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 411.4 milyon manat (21%) artaraq 2 milyard 374 milyon manata yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
banco.az

2Источники