RU

Rusiyada sovet texnikalarının sayı kəskin azalıb - Kremlə bu 3 ölkə kömək edir

Rusiya Ukraynaya qarşı apardığı müharibə zamamə sovet dövründən qalmış silah və texnika ehtiyatlarının əksəriyyətini tükədib. 

Bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Məlumata görə,  hazırda Rusiya ordusunun əsas hərbi anbarlarından cəbhəyə göndərilən yüklərin həcmi döyüşdən əvvəlki səviyyəyə enib. 

Statistikaya əsasən, Rusiya 2022-ci ildə cəbhəyə 242 min ton hərbi yük göndərmişdisə, bu rəqəm 2025-ci ilin sonuna qədər 119 min tona enəcək.

Qeyd olunur ki, 2022-ci ildən bəri Rusiya ordusu müharibəyə yararsız vəziyyətdə olan sovet texnikasını dövriyyəyə qaytarır. Bunlara T-72, T-80, hətta 1940-cı illərə aid T-54 tankları da daxildir.

Hərbi analitik Frans-Ştefan Qadi bu azalmanı Rusiyanın hərbi gücünü itirməsi kimi qiymətləndirməyə tələsməməyi tövsiyə edir. Onun fikrincə Rusiya paralel olaraq yeni ehtiyatlar yaratmağa da böyük resurs ayırır.

Təhlilə əsasən, Rusiya getdikcə daha çox xarici təchizatçılardan asılı vəziyyətə düşür. 2024-cü ildə Rusiya partlayıcı maddələrinin 52%-i Şimali Koreyanın istifadə etdiyi Naxodka limanı üzərindən gətirilib. Müharibədən əvvəl bu limandan heç bir hərbi yük göndərilmirdi. Ümumilikdə Şimali Koreyadan Rusiyaya 250 min ton hərbi yük daşınıb. Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov da bu məlumatı təsdiqləyərək bildirib ki, Rusiyanın sursatlarının 40%-i Şimali Koreya mənşəlidir. Cənubi Koreya rəsmilərinə görə, Pxenyan indiyədək Rusiyaya 28 min konteyner silah, raket və hərbi texnika göndərib.

Məlumata əsasən, Rusiya həmçinin İrandan təqribən 13 min ton partlayıcı maddə alıb. Çin isə hərbi texnika dəstəyi vermədiyini iddia etsə də, təhlillər onun Rusiya müdafiə sənayesinin əsas təchizatçısına çevrildiyini göstərir.

Çinlə həmsərhəd bölgələrdən Rusiyanın hərbi zavodlarına göndərilən yüklərin həcmi 2021-ci ildən bəri 3 milyon tonu keçib – bu isə əvvəlki dövrlə müqayisədə iki dəfə artım deməkdir.

AzPolitika.info

Избранный
32
hurriyyet.az

1Источники