İsveçrə milli komandasının kapitanı Qranit Caka yenidən Premyer Liqada çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, "Sanderlend" təcrübəli yarımmüdafiəçinin klubu "Bayer" ilə razılığa gəlib. Tərəflər 20 milyon avroya razılaşıb.

Caka bu gün İngiltərə uçacaq. Müqavilənin müddəti iki il olacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Caka 2023-cü ilin yayından "Bayer"də çıxış edirdi. O, 2024-cü ildə Leverkuzen klubu ilə Almaniya çempionu olub.

32 yaşlı futbolçu daha öncə 7 il "Arsenal"ın formasını geyinib.