RU

Britaniya hərbi məqsədlər üçün pilotsuz aerostatlar hazırlayır

Böyük Britaniya pilotsuz kəşfiyyat aerostatları hazırlayır.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Hərbi qurum kəşfiyyat, müşahidə və araşdırma tapşırıqlarını yerinə yetirmək məqsədilə pilotsuz, yüksək hündürlükdə uçan aerostatlardan istifadə etməyi planlaşdırır.

Bu il aerostatlar ABŞ-nin Cənubi Dakota ştatında sınaqdan keçirilib. Onlar 18–24 kilometr hündürlükdə uçaraq iki min dəniz milinə (3700 kilometrdən çox) qədər məsafə qət edə bilirlər. Aerostatlar üç kiloqrama qədər yük daşımaq imkanına malikdir və beş gündən artıq fasiləsiz işləyə bilirlər.

Aerostatlar “Voltitude” şirkəti tərəfindən, elektronika istehsalçısı “Landguard Systems” və ABŞ-nin “Aerostar” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Избранный
31
operativmedia.az

1Источники