RU

İlon Maskın şirkəti “Samsung”la 16 milyard dollarlıq müqavilə bağlayıb

Bakı. Trend:

Cənubi Koreya nəhəngi olan “Samsung Electronics”in ABŞ-dakıistehsalat zavodu “Tesla”nın avtopilot funksiyası üçün nəzərdətutulan çipləri istehsal edəcək.

Trend xəbər verirki, bunu “Tesla” şirkətinin rəhbəri, amerikalı milyarder İlon Masköz “X” səhifəsində elan edib.

Bu, həm “Samsung”, həm də ABŞ çip sənayesi üçün rekordsəviyyəsində bir müqavilə olacaq.

"X" platformasında dərc olunan digər bir paylaşımda qeyd olunurki, bu müqavilənin dəyəri 16,5 milyard ABŞ dolları təşkil edir.Mask isə qeyd edir ki, bu “yalnız minimal məbləğdir. Əsl istehsalhəcmi bir neçə dəfə artıq ola bilər.”

Maskın sözlərinə görə, Texas ştatında yerləşən “Samsung”istehsalat müəssisəsində hələ satışa çıxarılmamış Teslaavtomobilləri üçün qabaqcıl texnologiyalı yeni nəsil mikroçipləristehsal olunacaq.

“Samsung"un Texasda inşa etdiyi nəhəng yeni fabriki “Tesla”nınnövbəti nəsil AI6 çipinin istehsalına həsr olunacaq. Buəməkdaşlığın strateji əhəmiyyətini yüksək qiymətləndirməməkçətindir” – Musk belə deyib.

"Samsung" 2017-ci ildən "Tesla" ilə əməkdaşlıq etsə və AI4çipini istehsal etsə də, AI5 çipi üzrə müqaviləni əvvəlcə Tayvanda,yaxın zamanda isə ABŞ-nin Arizona ştatında istehsalatıplanlaşdırılan TSMC şirkətinə uduzub.

AI6 çipi yalnız "Tesla" avtomobillərində deyil, həm də şirkətininsana bənzər robotlarının texnoloji inkişafında və süni intellektmodellərinin təlimində istifadə ediləcək.

Məqalədə:
Избранный
105
46
az.trend.az

10Источники