Bakı, 28 iyul, AZƏRTAC
19 yaşlı hindistanlı qadın şahmatçı Divya Deşmux Gürcüstanın Batumi şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.
AZƏRTAC xəbər verir ki, o, finalda həmyerlisi Humpi Konerunu məğlub edib.
Qeyd edək ki, Dünya Kubokuna iyulun 6-da start verilmişdi.