RU

İranda İsrailə casusluq iddiası: 35 yəhudi saxlanılıb

Ötən ay İsrailin İrana hücumları zamanı 35 iranlı yəhudi İsrailə casusluq ittihamı ilə saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.

Bildirilib ki, araşdırmalardan sonra saxlanılanlardan 30-u sərbəst buraxılıb. Hazırda casusluq ittihamı ilə saxlanılanlar arasında ikisi ABŞ vətəndaşı olmaqla 5 yəhudi var.

Xatırladaq ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, o cümlədən ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlar həyata keçirmişdi.

Избранный
12
3
publika.az

4Источники