RU

"Ford" ağaca çırpıldı, sürücü yaralandı - VİDEO

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza bu gün günorta saatlarında Göyçay-Bərgüşad yolunun Şıxbəy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1971-ci il təvəllüdlü  Xaləddin Nəsrullayevin idarə etdiyi "Ford Tranzit" markalı avtomobil idarəetməni itirərək yolun əks istiqamətindəki ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb.

Seymur Əli

Избранный
27
50
unikal.az

10Источники