Türkiyənin İstanbul şəhərində yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Beyoğlu səmtində mikroavtobusun sürücüsü idarəetməni itirərək yolun kənarında dayanan avtobusa çırpılıb.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Hadisə yerinə polis, tibb işçiləri və yanğınsöndürənlər göndərilib.
Yanğınsöndürənlər sürücü və sərnişinləri mikroavtobusdan çıxarıblar.
Xəsarət alan 5 nəfər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.(ehuquq.az)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта