RU

Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

"N.Trans Lab" nəqliyyat və logistika üzrə ekspert kanalında Zəngəzur dəhlizi haqqında dərc olunan yazıda qeyd edilir ki, Zəngəzur dəhlizi siyasət dünyasını idarə edir. Azərbaycan və Türkiyə arasında Ermənistan ərazisindən keçən 43 km-lik yol türk dövlətlərini Türkiyə ilə birləşdirəcək və Türkiyə ilə Mərkəzi Asiya dövlətləri arasında nəqliyyat əlaqəsini təmin edəcək Orta Dəhlizinin bir hissəsidir. Onun yaradılması Azərbaycanın Ermənistanla sülh müqaviləsi bağlamaq üçün əsas tələbidir. Bu dəhlizə İran, daha əvvəl isə Rusiya qarşı çıxır, çünki o, Türkiyə, Cənubi Qafqaz və Avropa arasında Orta Asiya ölkələri ilə ticarət üçün İran və Rusiyanın quru ərazilərindən yan keçəcək. Dünya Bankının modelləşdirməsi göstərir ki, 2027-ci ilə qədər bu dəhliz boyunca illik ticarət həcmi 50-100 milyon dollara çata bilər.

Politoloq Yusif Bağırzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 43 km məsafə bir dövlət çapında, dünya çapında böyük bir məsafə olmasa da, həm Azərbaycan üçün, həm Cənubi Qafqaziyanın bölgə üçün, həm də dünya üçün çox önəm daşıyır: “Bu yol istifadəyə veriləcək təqdirdə, yəni Azərbaycana uyğun şərtlərlə bölgəyə uyğun şərtlərlə Azərbaycanın bir hissəsini o biri hissəsindən Azərbaycanın qərb rayonlarını Naxçıvanı birləşdirən bir yol xətti olmaq şərtilə Azərbaycanın birbaşa Türkiyəyə və Qərbə çıxışını təmin edəcək. Digər tərəfdən bu yol bölgə üçün ona görə əhəmiyyətlidir ki, bu yola həm də Azərbaycanla Ermənistan arasında gələcəkdə bağlanan sülh sazişinin bir hissəsi kimi də baxıla bilər və baxılmalıdır”.

Politoloq qeyd edib ki, bu yolun hansı şərtlərlə Ermənistan tərəfindən Azərbaycana verilməsini iki dövlət arasında olan münasibətlərə, həm də Türkiyə-Ermənistan münasibətlərinə təsir edən bir faktor kimi qeyd etmək lazımdır. Yusif Bağırzadə bildirib ki, bu yol birbaşa Şimal-Cənub və hətta Şərq-Qərb logistik yollarının düz mərkəzində yerləşir və bu da Avropa dövlətləri ilə yanaşı, Mərkəzi Asiya dövlətləri, xüsulə Çin üçün çox böyük xarakter daşıyır.

Yusif Bağırzadə bildirib ki, digər tərəfdən region dövlətləri bu dəhlizin istifadə edilməməsində və yaxud bu dəhlizə nəzarətdə maraqlıdır, bunlar İran və Rusiyadır: “2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında olan anlaşmanın doqquzuncu maddəsinə görə, həmin Zəngəzur dəhlizinin istifadəsi ilə bağlı Azərbaycanın şərtləri Ermənistan tərəfindən qəbul olunub. Bu, Azərbaycana məxsus yüklərin və vətəndaşların, sərnişinlərin həmin yolda maneəsiz, gömrük nəzarətindən kənar gediş-gəlişinin təminatı göstərilmişdir. Həmin anlaşmaya görə, bu yolun nəzarəti Rusiyanın Federal Xidmətinə verilməli idi. Ancaq Azərbaycanla Ermənistan arasında sülh prosesinə razılaşmaya əsasən, Azərbaycan sülh gətirmək baxımından və artıq İran sərhədinə kimi uzanan Arazboyu yolun logistikasını, həmçinin yol işlərini müvəffəqiyyətlə həll etdiyinə görə doqquzuncu maddədən Azərbaycan könüllü surətdə imtina etdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanması prosesi daha tez baş tutsun”.

“İran bu gün də maraqlıdır ki, həmin dəhliz istifadəyə verilməsin. Digər tərəfdən də Rusiya bəyanat verir ki, “bu dəhlizin taleyi Azərbaycanla Ermənistan tərəfindən həll olunmalıdır və bu da onların öz suveren hüquqlarıdır”. Ancaq Rusiya da bu dəhlizin müqəddəratına, taleyinə biganə qalması doğru deyil. Yəni onun burada maraqları var. Bu gün dünyada hegiemon dövlət olan ABŞ-ın, o cümlədən Tramp hakimiyyətinin konflikti olan regionlarda sülhün bərqərar edilməsi ilə əlaqədar böyük rolu var. Həm İsrail-HƏMAS qarşıdurmasında, həm də İran-İsrail qarşıdurmasında, ondan öncə Pakistan-Hindistan qarşıdurmasında ABŞ-ın rolu çox böyük oldu. İki nüvə silahına malik olan dövlətlərin münaqişəsinin həll edilməsində Tramp administrasiyasının rolu böyükdür”-deyən politoloq Yusif Bağırzadə qeyd edib ki, Zəngəzur dəhlizinə nəzarətə götürülməsi ilə əlaqədar təklif ABŞ-ın Türkiyədəki səfiri və ABŞ prezidentinin çox yaxın adamı olan cənab Barak tərəfindən gətirilmişdi.

“Burada söhbət dəhlizin istifadəyə verilməsinin ABŞ şirkətlərinə verilməsi və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması kontekstində ABŞ tərəfindən baxılır. Bu səbəbdən də böyük ehtimalla ABŞ-ın Türkiyədəki səfiri Barak tərəfindən edilən bu təklif qəbul olunacaq. Bu da Trampın dünyada iki dövlət arasında konfliktin həll olunmasının rolu kimi vurğulanaraq, onun “Nobel” sülh mükafatına almasının yolunu açan bir faktor kimi qeyd olunacaq”-deyə politoloq bildirib.

Yusif Bağırzadə vurğulayıb ki, Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq: “Bu, Azərbaycanla Ermənistan arasında sülh konteksi baxımından həll olunacaq. ABŞ bu gün maraqlıdır ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlansın. Bu konteksdə Zəngəzur dəhlizi məsələsi də həll olunsun. Bu səbəbdən də dəhlizə nəzarətin ABŞ-a verilməsi daha güvənli olardı. Bunu regionda sülh balansını dəyişən bir faktor kimi də qəbul etmək lazımdır”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
icma.az

1Источники