ABŞ prezidenti 50 günlük müddəti qısaltdı və yeni sanksiyalarla hədələyib...
Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Şotlandiyada Britaniyanın Baş naziri Kir Starmerlə görüşdə Rusiya ilə Ukrayna arasında sülh razılaşması üçün əvvəl nəzərdə tutulan 50 günlük müddəti 12 günə endirdiyini bəyan edib.
"Ukraynada atəşkəslə bağlı yeni bir son tarix təyin edəcəyəm. Bu gündən etibarən təxminən 10 və ya 12 gün. Gözləməyin mənası yoxdur. Əvvəl 50 gün demişdim. Səxavətli olmaq istəyirdim, amma heç bir irəliləyiş görmürük", deyə Tramp bildirib və Rusiya Prezidenti Vladimir Putinin mövqeyindən məyusluğunu ifadə edib.
ABŞ lideri əlavə edib ki, danışıqlar uğursuz olacağı təqdirdə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq.
Poliqon.info