RU

Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, iyulun 28-dən avqustun 3-dək müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

? Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

- "Sağlam həyat" layihəsi çərçivəsində bədii gimnastika üzrə məşqçi Aygül Babaşova tərəfindən ustad dərsləri - 28 iyul, saat 19:00 (Abşeron Olimpiya İdman Kompleksi);

- "İdman hamı üçün" layihəsi çərçivəsində idman ustası Zülfüqar Qulamov tərəfindən sərbəst güləş üzrə ustad dərsləri - 30 iyul, saat 10:00 (Xızı rayon, Giləzi qəsəbə UGİŞM-in İdman zalı);

- Bədii gimnastika üzrə açıq Sumqayıt şəhər birinciliyi - 3 avqust, saat 10:00 (Sumqayıt Olimpiya İdman Kompleksi).

? Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün" layihəsi çərçivəsində atletika üzrə kütləvi idman tədbiri - 30 iyul, saat 10:30 (Qobustan şəhəri, şəhid Fədail Nadirov adına istirahət parkı);

- Həvəskarlar arasında üzgüçülük üzrə İsmayıllı rayon turniri – 1 avqust, saat 15:30 (İsmayıllı Olimpiya İdman Kompleksi);

- "İdman hamı üçün" layihəsi çərçivəsində "Gimnastika hamı üçün" – 2 avqust, saat 12:00 (İsmayıllı Olimpiya İdman Kompleksi).

? Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi

- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş şəhər, qəsəbə və kənd komandaları arasında futbol üzrə Goranboy rayon çempionatı (1/4 və yarımfinal) - 28 iyul-3 avqust, saat 18:00 (Goranboy rayon, şəhər, qəsəbə və kənd stadionları).

? Qarabağ Regional Gənclər və İdman İdarəsi

- Nərd üzrə Xocavənd rayon turniri – 28 iyul, saat 16:30 (Xocavənd 500 ailəlik qəsəbə).

? Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi

- Boks üzrə 2011-2012, 2013-2014-cü il təvəllüdlü idmançılar arasında rayon turniri – 29-30 iyul, saat 10:00 (Qazax Olimpiya İdman Kompleksi);

- Uşaq və yeniyetmələr arasında üzgüçülük üzrə rayon turniri - 31 iyul, saat 9:00 (Şəmkir Olimpiya İdman Kompleksi).

? Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün" layihəsi çərçivəsində üzgüçülük üzrə uşaq və yeniyetmələr arasında kütləvi idman tədbiri - 30 iyul, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi);

- QXRGİİ-nin nəzdində fəaliyyət göstərən Şabran UGİM-in futbol bölməsinin U-11, U-12 və U-13 komandaları ilə Bakı şəhəri "Lökbatan" klubunun həmyaşıd futbolçuları arasında yoldaşlıq oyunları - 30 iyul, saat 11:00 (Şabran şəhəri, Bayraq Meydanında yerləşən süni örtüklü futbol meydançası);

- "Sağlam həyat" layihəsi çərçivəsində həvəskarlar arasında nərd üzrə Siyəzən rayon çempionatı - 31 iyul, saat 10:00 (Siyəzən Gənclər Evi);

- "İdman hamı üçün" layihəsi çərçivəsində üzgüçülük üzrə kütləvi idman tədbiri - 1 avqust, saat 15:00 (Quba Olimpiya İdman Kompleksi);

- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə kütləvi idman tədbiri - 1 avqust, saat 19:00 (Xaçmaz şəhəri, Şəxsiyyətlər Parkının ərazisi).

? Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün" layihəsi çərçivəsində güləş üzrə kütləvi idman tədbiri - 31 iyul, saat 10:00 (Lerik şəhərində əhalinin sıx toplaşdığı ərazilər);

- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 31 iyul, saat 18:00 (Lənkəran şəhəri, "Sağlam məhəllə" idman zonası);

- Beynəlxalq Gənclər Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında atletika üzrə Yardımlı rayon turniri - 1 avqust, saat 14:30 (Yardımlı İdman Kompleksi);

- Şəhid Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş minifutbol üzrə Astara rayon açıq turniri - 1-3 avqust, saat 19:00 (Astara rayonu, Çayoba kəndində yerləşən “Ümid” İdman Kompleksi);

- "İdman hamı üçün" layihəsi çərçivəsində açıq havada kütləvi idman tədbiri - 2 avqust, saat 11:00 (Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahı).

? Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi

- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş kunq-fu üzrə uşaqlar və yeniyetmələr arasında rayon turniri - 2 avqust, saat 10:00 (Göyçay rayonu Nizamı küçəsi, kunq-fu idman zalı).

? Mil-Muğan Regional Gənclər və İdman İdarəsi

- Bilyard üzrə gənclər arasında Sabirabad rayon turniri - 1 avqust, saat 15:00 (Sabirabad Gənclər Evi).

? Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi

- Həvəskarlar arasında minifutbol üzrə rayon birinciliyi - 5-30 iyul, saat 19:00 (Zaqatala rayon Şimşək stadionu);

- Gənclər və İdman Nazirliyinin yaradılmasının 31-ci ildönümünə həsr edilmiş həvəskarlar arasında futbol üzrə rayon birinciliyi - 9 iyul-3 avqust, saat 18:00 (Oğuz rayon Mərkəzi stadionu);

- Yeniyetmələr arasında voleybol üzrə şəhər turniri - 30 iyul, saat 10:00 (Şəki şəhər 14 nömrəli tam orta məktəb);

- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş yeniyetmə və gənclər arasında 3x3 basketbol üzrə rayon birinciliyi - 1-2 avqust, saat 15:00 (Oğuz rayon 1 saylı tam orta məktəb).

? Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi

- “Konstitusiya və Suverenlik İli” çərçivəsində Gənclər və İdman Nazirliyinin yaranmasının 31-ci ildönümünə həsr edilmiş yeniyetmə və gənclər arasında velosiped üzrə turnir - 30 iyul, saat 10:00 (Salyan Olimpiya İdman Kompleksi);

- Yeniyetmə və gənclər arasında boks üzrə rayon turniri - 1-2 avqust, saat 11:00 (Neftçala Olimpiya İdman Kompleksi).

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
2
icma.az

10Источники