RU

Berlin Tel-Əvivə xəbərdarlıq etdi: Təzyiq artırıla bilər

BAKI, TurkicWorld

Almaniya hökuməti, Qəzza zolağında davam edən humanitar böhranla bağlı İsrailə qarşı təzyiqləri artırmağa hazır olduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, Almaniya hökumətinin sözçüsü bazar ertəsi jurnalistlərə verdiyi açıqlamada bildirib ki, kansler Fridrix Merts bu mövzuda İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı zamanı fikrini açıq şəkildə ifadə edib.

"Kansler İsrailin baş naziri ilə telefon danışığında federal hökumətin irəliləyiş qeydə alınmadığı təqdirdə təzyiqləri artırmağa hazır olduğunu çox aydın şəkildə bildirib" – deyə hökumət sözçüsü vurğulayıb.

Hökumət sözçüsü Almaniya tərəfindən hansı konkret addımların atıla biləcəyinə dair məlumat verməsə də, günün ikinci yarısında keçiriləcək təhlükəsizlik kabinetinin toplantısında bu məsələnin əsas müzakirə mövzularından biri olacağını qeyd edib.

Qeyd edək ki, Almaniya hökuməti daha öncə də Qəzzada humanitar yardımın fasiləsiz təmin olunmasının və mülki əhalinin qorunmasının vacibliyinə diqqət çəkərək, İsrailə beynəlxalq hüquqa uyğun davranmağa çağırmışdı.

Избранный
28
turkic.world

1Источники