Vaşinqton, 28 iyun, AZƏRTAC
Birləşmiş Ştatlar Kamboca və Tailand arasında bu gün Kuala Lumpurda elan edilən atəşkəs bəyannaməsini alqışlayır.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ-ın Dövlət katibi Marko Rubionun bəyanatında deyilir.
O bildirib ki, ABŞ Prezidenti Donald Tramp ilə birlikdə zorakılığın dərhal dayandırılmasına sadiqdir, Kamboca və Tailand hökumətlərindən bu münaqişəyə son qoymaq üçün öhdəliklərinə tam əməl etmələrini gözləyirlər.
“Malayziyanın Baş naziri Ənvər İbrahimə atəşkəs danışıqlarına ev sahibliyi etdiyinə görə minnətdarıq. Biz bütün tərəfləri öhdəliklərinə əməl etməyə çağırırıq. Birləşmiş Ştatlar bu münaqişəyə son qoymaq üçün ABŞ və Malayziya tərəfindən təşkil olunan bu prosesə sadiq qalacaq və bu prosesdə iştirak edəcək”,- deyə Rubio vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton