Türkmənistan və Azərbaycan mühüm birgə layihə və təşəbbüslər həyata keçirilir.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və humanitar əlaqələr kimi əsas sahələri əhatə edən geniş tərəfdaşlıq gündəliyi mövcuddur, Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində Türkmənistan kapitallı 75 şirkət fəaliyyət göstərir”, - deyə M.Cabbarov əlavə edib .