RU

Kreml Trampın planını tənqid etdi: “Şəxsi imicini qorumaq üçündür”

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı verdiyi müddəti 10-12 günə salması özünün şəxsi imicini qorumağa hesablanıb.

Bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Andrey Klimov "Lenta.ru" portalına açıqlama verib.

Klimov bildirib ki, Trampın bu mövzuda verdiyi açıqlamalar daha çox daxili auditoriyaya hesablanmış siyasi gedişlərdir və reallıqdan uzaqdır.

Qeyd edək ki, Donald Tramp daha əvvəl Rusiya ilə Ukrayna arasında sülh sazişinə 50 gün ərzində nail ola biləcəyini bildirmişdi. Lakin o, son açıqlamasında bu müddəti 10-12 günə qədər endirdiyini deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
50
sherg.az

10Источники