RU

Bakıda maşın ana və qızını elə vurdu - Uşaq yerindəcə keçindi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Anews.az APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Rayon sakinləri M.N və qızı 2016-cı il təvəllüdlü T.N (adlar şərtidir) yolu keçmək istəyərkən onları avtomobil vurub. Qəza nəticəsində azyaşlı T.N aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ana isə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Избранный
7
anews.az

1Источники