RU

Rusiyaya verdiyi möhlətin müddətini AZALTDI

Artıq Putinlə danışmaq mənə o qədər də maraqlı deyil.

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, Şotlandiyada Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüş zamanı jurnalistin Putinlə təkbətək görüşün mümkünlüyü ilə bağlı suala cavabında deyib: "O, belə gözəl söhbətlər edir, gözəl müzakirə aparır. Növbəti gecə hansısa şəhərə bir raketin atılması nəticəsində insanlar ölürlər”.

Tramp Putinə Ukrayna ilə sülh razılaşması əldə etmək üçün verdiyi 50 günlük müddəti 10-12 günə endirdiyini də açıqlayıb.

“Mən bu gündən etibarən təxminən 10 və ya 12 günlük yeni son tarix təyin edəcəyəm. Gözləməyə heç bir səbəb yoxdur. Mən xoşniyyətli olmaq istəyirəm, lakin biz heç bir irəliləyiş görmürük”,- deyə Tramp bildirib.

Избранный
25
publika.az

1Источники