RU

Bu Aİ ölkəsi İsraili milli təhlükəsizliyə təhdid hesab etdiyi ölkələr siyahısına əlavə edib

Hollandiya ilk dəfə olaraq İsraili milli təhlükəsizliyinə təhdid hesab etdiyi ölkələr sırasına daxil edib.

Editor.az bu barədə “The Jerusalem Post” a istinadla yazıb.

Qəzet Hollandiyanın Terrorla Mübarizə və Təhlükəsizlik üzrə Milli Koordinatorunun (NCTV) “Üçüncü Ölkə Təhlükəsinin Qiymətləndirilməsi 2025” hesabatına istinad edib.

Sənəddə bildirilir ki, İsrail xaricdə, o cümlədən Hollandiyada siyasətə və ictimai rəyə təsir göstərməyə çalışır. Hesabatın müəllifi hesab edir ki, bu, Hollandiyadakı demokratik institutları təhdid edə bilər.

Xarici müdaxilə ilə bağlı hesabatın ayrıca bölməsində Birləşmiş Millətlər Təşkilatının bir hissəsi olan Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) və Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) ictimai təzyiq göstərən və “onların fəaliyyətinə xələl gətirə biləcək” ölkə kimi ABŞ ilə yanaşı İsrailin də adını çəkir.

//Gülnarə Abasova, Editor.az

Избранный
15
editor.az

1Источники