RU

Boğulan yeniyetməni qəhrəmancasına xilas edərkən ölən Rəvanın FOTOSU

Novxanı-Pirşağı yolunun kənarındakı ictimai çimərlikdə boğularaq ölən şəxslərdən biri Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusu imiş.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) Rəvan Şahin oğlu Əliyev boğulmaqda olan 2 nəfəri xilas etməyə çalışıb.

O, 16 yaşlı Sənan Şamayevi dənizdən çıxarmağı bacarıb.

Lakin, R.Əliyev digər yeniyetmə - 16 yaşlı Əli Elşən oğlu Cabbarovu xilas edərkən hər ikisi suda boğularaq həlak olub.




Bizim.Media

Избранный
47
8
bizim.media

9Источники