RU

Məsud Pezeşkiyan Çinə səfər edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi Çinə rəsmi səfəri çərçivəsində çinli həmkarı Vanq Yi ilə keçirdiyi görüşün nəticələrini bölüşüb. “Çin xarici işlər naziri ilə uzun və strateji söhbətim oldu.

Biz ikitərəfli münasibətlər və beynəlxalq məsələlərlə bağlı demək olar ki, bütün məsələləri müzakirə etdik”, – Abbas Əraqçı deyib.
İranın dövlət xəbər agentliyi İRNA xəbər verir ki, danışıqlar zamanı iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri İranın nüvə proqramı ilə bağlı razılığa gəliblər, həmçinin ABŞ-ın dünya səhnəsində hegemon və təcavüzkar siyasəti ilə bağlı dərin fikir mübadiləsi aparıblar.

Diplomatlar İran prezidenti Məsud Pezeşkiyanın yaxın gələcəkdə Çinə planlaşdırılan səfərini də müzakirə ediblər və qeyd ediblər ki, İran prezidenti sentyabrda ŞƏT sammitində iştirak edəcək, -deyə Əraqçi əlavə edib.

//Samir Qurbanov, Editor.az

Избранный
7
editor.az

1Источники