RU

“Keçmiş həyat yoldaşımız dördüncü dəfə evlənib”

Müğənni Sevda Əliqızı keçmiş həyat yoldaşından danışıb.

OLAY yazır ki, bu barədə o, “Bir gün” verilişində açıqlama verib:

“Həyatımdan çox razıyam. Bir balam, 3 nəvəm var. Məni heç kim tərk edə bilməz. Keçmiş həyat yoldaşımı özüm tərk etdim. Qlobal bir iş oldu, onu bağışlaya bilmədim. Dedim, səninki səndə, mənimki məndə. İki dəfə ailə qurdum. Bir dəfə qohumumla ailə qurdum, onunla bir oğlumuz oldu. 2-3 ay sonra ayrıldıq. Nankor çıxdı, qohumdan qaç. Sonra başqası ilə ailə qurdum və 13 il davam etdi. Etdiyi nankorluğu bağışlamağım mümkün deyildi. Ruhəngiz Musəvi də onunla ailəli olub və 10 il birlikdə qalıblar. Bir qız övladları olub. Elə bilirlər mən Ruhəngiz xanımın ailəsini dağıtmışam. Elə deyil. Əvvəl Ruhəngiz xanım pis oldu. Amma Ruhəngiz xanımdan sonra başqası ilə evləndi. Sonra mənimlə. İndi dördüncü dəfə evlənib”.

Избранный
17
9
olay.az

10Источники