RU

Mersedes dən britaniyalı sürücüyə rekord təklif

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Formula-1 komandası "Mersedes" Corc Rassellə yeni uzun müddətli müqavilə bağlamağa hazırlaşır. Sport24.az xəbər verir ki, tərəflər yeni sövdələşmənin detallarını razılaşdırıblar.

Britaniyalı pilotun illik 30 milton funt sterlinq (40 milyon avroya yaxın) qazanacağı bildirilib. Onun Şarl Lekler ("Ferrari") və Lando Norris ("Maklaren") kimi ən yüksək ödənişli sürücü olması gözlənilir.

Qeyd edək ki, Rassellin komanda ilə müqaviləsi ilin sonunda başa çatacaq. "Mersedes"in son 4 mövsümün çempionu Maks Ferstappenlə danışıqlar apardığı xəbərləri yayılsa da, niderlandlı pilot daha bir mövsüm "Red Bull"da çıxış edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
sport24.az

2Источники