RU

"Everton" Kubo ilə maraqlanır

İspaniyanın “Real Sosyedad” klubunun vingeri Takefusa Kubo İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın "Liverpool World"ə istinadən verdiyi məlumata görə, yapon futbolçunun xidmətində “Everton” klubu maraqlıdır. 

Məsələ ilə bağlı San-Sebastyan təmsilçisinin prezidenti Xokin Aperiaibay açıqlama verib:

“Kuboya, Braisə (Mendes) və Remiroya dair şayiələr dolaşır. Bu oyunçularla bağlı bizə heç bir rəsmi təklif daxil olmayıb. Sadəcə bazar səs-küyüdür... Açığı, mən bazar səs-küyünün nə olduğunu bilmirəm.”

Qeyd edək ki, yay fasiləsində “Real Sosyedad”ın digər əsas oyunçusu Martin Subimendi “Arsenal”a 65 milyon avroya transfer olunub.

24 yaşlı Kubo geridə qalan mövsümdə klub səviyyəsində 52 matçda meydana çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunu 30 milyon avro dəyərində qiymətləndirir.

Избранный
16
90deqiqe.az

1Источники