RU

Trampın təhdidləri cavabsız qalmadı

İran xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkədə Donald Trampın təhdidlərinə cavab verib.

Yenisabah.az xəbər verir ki, o, ABŞ-İsrail son təcavüzü zamanı nə baş verdiyini, o cümlədən hələ də senzura altında olan zərbələrin miqyasını bildiyini qeyd edib:

“Təcavüz təkrarlanarsa, biz daha qətiyyətli olacağəq, gizlətmək MÜMKÜN OLMAYACAQ, cavab verməkdən çəkinməyəcəyik. pizza

...Bu yaxınlarda İranın nüvə obyektlərinin qeyri-qanuni şəkildə bombalanması bizim həmişə dediyimiz şeyi sübut etdi: “hərbi həll” yoxdur.

Əgər nüvə proqramımızın qeyri-dinc məqsədlərə yönəldilməsi ilə bağlı narahatlıq yaranarsa, “hərbi variant”ın səmərəsiz olduğu sübuta yetirildi və danışıqlar yolu ilə həll yolu işə yaraya bilər".

Xatırladaq ki, Donald Tramp bildirmişdi ki, əgər İran nüvə proqramını bərpa etsə, "biz onu sizin barmağınızı qaldıra bilməyəcəyiniz qədər tez məhv edəcəyik".


Telegram kanalımız
Избранный
13
1
yenisabah.az

2Источники