RU

"Putinə verilmiş 50 günlük sülh müddəti azaldılacaq"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putinə Ukraynada sülh üçün verdiyi 50 günlük müddəti qısaltmaq niyyətindədir. Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, Tramp bu barədə iyulun 28-də Şotlandiyanın Turnberri şəhərində Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə görüş zamanı danışıb:“Mən artıq cavabı bilirəm. Prezident Putin yenidən şəhərlərə raket atır və insanları öldürür. Odur ki, həmin 50 günü daha az günə endirəcəyəm”.Xatırladaq ki, Tramp iyulun 14-də NATO Baş katibi Mark Rutte ilə görüşündə xəbərdarlıq edərək bildirmişdi ki, əgər Rusiya 50 gün ərzində atəşkəsə razılaşmasa, ABŞ Moskvanın üzərinə 100%-ə qədər əlavə tariflər və ikinci dərəcəli sanksiyalar tətbiq edəcək. Sanksiyalar Rusiya nefti alan ölkələri də hədəf alacaq. ABŞ ilə Rusiya arasında birbaşa ticarət az olsa da, bu tədbirlərin üçüncü ölkələr vasitəsilə ciddi təsir göstərəcəyi gözlənilir.

Trampın son açıqlaması iyulun 23-də keçirilən və nəticəsiz qalan Ukrayna–Rusiya sülh danışıqlarının üçüncü raundundan sonra səslənib.

Избранный
8
metbuat.az

1Источники