RU

"Rusiyanın hərbi iqtisadiyyatı təzyiqlərə tab gətirə bilmir..."

…Əvvəllər Ukraynaya genişmiqyaslı müdaxilədən sonra Qərbin sanksiyaları qarşısında dayanıqlılığı ilə təəccübləndirən Rusiya iqtisadiyyatı indi getdikcə çatlar verməyə başlayıb. Artım dövrü tənəzzüllə əvəz olunub…

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yazır.

…Putinyeni nüvə sualtı qayığında bayraq qaldırma mərasimində iştirak edib, lakin iyunda avtomobil satışları 30 faiz azalıb.

Mərkəzi Bank əsas uçot dərəcəsini kəskin şəkildə iki faiz bəndi azaldıb və iqtisadiyyat naziri Maksim Reşetnikov ölkənin tənəzzül astanasında olduğu barədə xəbərdarlıq edib. Bloomberg Economics analitiki Aleks Köçərovun fikrincə, Rusiya iqtisadiyyatı hər tərəfdən təzyiq altındadır: sanksiyalar, işçi qüvvəsi çatışmazlığı, neftin qiymətinin düşməsi və istehlakçı tələbinin zəifləməsi…

Əvvəllər Qərb avadanlıqlarına və maliyyələşdirməsinə arxalanan kömür sənayesi xüsusilə ağır zərbə alıb.

Çin analoqları daha bahalı və keyfiyyətsiz oldu. Metallurgiyada da problemlər müşahidə olunur.

Polada daxili tələbat azalır və ixrac sanksiyalara görə zərər görür. Rusiyanın valyutası ilin əvvəlindən 43 faiz bahalaşaraq neft gəlirlərinə zərbə vurub.

Maliyyə sektoru da təzyiq altındadır. Ən iri bankların rəhbərləri kredit portfellərinin keyfiyyətinin pisləşməsi ilə əlaqədar dövlət dəstəyinə mümkün ehtiyacı müzakirə edirlər. Dövlət aktivlərin müsadirəsinə getdikcə daha çox əl atır. Onların dəyəri bir ildə üç dəfə artıb. Biznes milliləşdirmə dalğasından qorxur.

Bununla belə, Kremlin diqqəti yalnız müharibədə qalır.v

Əli Babayev

Избранный
7
1
sia.az

2Источники