RU

Medvedevdən şok sözlər: “dəli Ursula nənəni asmaq vaxtıdır!”

ABŞ prezidenti Donald Trampla Avropa İttifaqı arasında ticarət sazişi bağlandıqdan sonra sıravi avropalıların Brüsselə axın etmək və “dəli Ursula nənəni asmaq” vaxtıdır.

Publika.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında bildirib.

Siyasətçi qeyd edib ki, bu sövdələşmə yalnız ABŞ üçün faydalıdır və avropalılar üçün alçaldıcıdır.

Onun sözlərinə görə, Ursula fon der Leyen ilə Tramp arasında olan razılaşma güclü investisiya axınını Avropadan ABŞ-a yönləndirir və bir çox Aİ ölkəsində bahalı Amerika enerjisi üçün əlavə xərclər yaradır.

Medvedev avropalılara bu müqavilənin bağlanmasında iştirak edən hər kəsi cəzalandırmağı tövsiyə edib.

Избранный
4
publika.az

1Источники