RU

İran rəsmisindən Zəngəzurla bağlı AÇIQLAMA: Ermənistanı itirə bilərik

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü Zəngəzur dəhlizi ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, “SNN” telekanalına verdiyi müsahibədə Sünik vilayətinin strateji əhəmiyyətini vurğulayıb və bu bölgənin İran üçün vacib tranzit məntəqəsi olduğunu bildirib.

Rezai qeyd edib ki, Ermənistan İranla Avropa arasında bağlantı rolunu oynayır:

“Əgər Azərbaycanın bəzi açıqlamalarında səsləndirilən planlar gerçəkləşərsə, biz qonşularımızdan birini – Ermənistanı itirə bilərik. Bu isə bizim milli maraqlarımıza ziddir”.

İranlı rəsmiyə görə, Ermənistanın hazırkı hökuməti Zəngəzur bölgəsini qorumaq gücündə deyil. O, regionun gələcəyinin yalnız Qafqaz ölkələri tərəfindən həll olunmasının vacibliyini vurğulayıb:

“Qafqazın problemləri region ölkələri arasında dialoq yolu ilə həll edilməlidir”.

Rezai İran prezidentinin də bu məsələdə eyni mövqedə olduğunu bildirib: “Zəngəzurla bağlı prezidentin mövqeyi İslam Respublikasının rəsmi baxışı ilə üst-üstə düşür. İran qarşıdurmadan deyil, dialoqdan yanadır”.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
40
globalinfo.az

1Источники