ain.az, Apa.az saytına istinadən bildirir.
Böyük Britaniyanın baş naziri Kir Starmer bu həftə Fələstin dövlətinin tanınması planını təqdim edəcək.
APA xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Məlumatda hökumət başçısının bu addımı Starmerin rəhbərlik etdiyi hakim İşçi Partiyasının artan təzyiqi ilə izah edilir.
Məqalədə bildirilir ki, kabinetin 7 üzvü baş nazirə Fələstin dövlətini tanıması üçün təzyiq göstərir və bununla da İşçi Partiyasının seçki proqramında yer alan vədi yerinə yetirir.
“The Times” qeyd edir ki, hakim partiyanın 130-a yaxın müdafiəçisi, İcmalar Palatasındakı fraksiyaların demək olar ki, üçdə biri Fələstini tanımaqda israrlıdır.
Qəzet baş nazirin bu planı yaxın günlərdə müttəfiqlərə, o cümlədən ABŞ və ərəb dövlətlərinə təqdim edəcəyini bildirib.
Qeyd edək ki, iyulun 28-də Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds “Sky News” telekanalın müsahibəsi zamanı Londonun Fələstin dövlətini 2029-cu ilə qədər, yəni hazırkı parlamentin səlahiyyət müddəti bitmədən tanıyacağını deyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.