RU

KİV: Almaniya Ukraynaya hər il 9 milyard avro vəsait ayıracaq

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Almaniya Ukraynaya hər il 9 milyard avro vəsait ayırmaq niyyətindədir. Bu, ümumilikdə ölkənin və Rusiya ilə qarşıdurmasının dəstəklənməsi üçün nəzərdə tutulub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi məlumat verib.

Qeyd olunub ki, Kiyevin maliyyələşdirilməsi Almaniyanın növbəti dörd il ərzində müdafiə xərclərinin artırılması çərçivəsində baş tutacaq.

Məlumata əsasən, ölkə bu müddət ərzində müdafiə sektoruna 162 milyard avroya qədər sərmayə qoymağı planlaşdırır.

Təhlükəsizlik sektorunun inkişafı çərçivəsində Almaniya kansleri Fridrix Merts ölkənin Silahlı Qüvvələrində islahatlar aparmaq və müdafiə xərclərini 2029-cu ilə qədər ÜDM-nin 3.5%-nə çatdırmaq niyyətindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
oxu.az

2Источники