RU

Karin Knaysl: Trampın ultimatumu bitməzdən əvvəl Ukraynada dəyişikliklər baş verə bilər

ABŞ prezidenti Donald Trampın münaqişənin həlli üçün Rusiyaya qoyduğu müddət bitməmiş Ukrayna daxilində dəyişikliklər baş verə bilər...

Poliqon xəbər verir ki, bu fikri TASS-a müsahibəsində Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Trampın müddəti qısaltmazdan əvvəl səsləndirib.

“Bu, Vladimir Zelenskinin effektiv şəkildə başa çatmış prezidentlik müddəti kontekstində necə davam etmək, Ukrayna parlamentində korrupsiyaya qarşı mübarizə orqanları ilə bağlı mövcud xaotik vəziyyəti necə həll etmək və sairlə bağlı müstəsna Ukrayna qərarı olacaq”, Knaysl deyib.

Onun fikrincə, bu müddət ərzində Rusiya ilə Ukrayna arasında münasibətlərdə ciddi dəyişikliklər gözləmək olmaz.

Poliqon.info 

Избранный
10
poliqon.info

1Источники