RU

Böyük Qayıdış — Ağdamın Xıdırlı kəndinə 234 nəfər yola salındı

Ağdamın Xıdırlı kəndinə köç karvanı yola salınıb.

Demokrat.az  xəbər verir ki, 60 ailə (236 nəfər) doğma yurduna qayıdıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Избранный
86
1
demokrat.az

10Источники