RU

Tayland və Kamboca sərhədində yenidən toqquşmalar başlayıb

Tayland ordusu: Kamboca görüşü təxirə saldı, sərhəddə silahlı qarşıdurma gedir...

Poliqon xəbər verir, Tayland və Kamboca arasında gərginlik yenidən silahlı qarşıdurmaya çevrilib. Tayland quru qoşunlarının komandanlığı bildirib ki, Kamboca tərəfi 07:00-a (Bakı vaxtı ilə 03:00) təyin olunmuş ordu komandirlərinin görüşünü artıq iki dəfə təxirə salıb. Eyni zamanda, səhər tezdən Kamboca tərəfdən atıcı silahlardan atəş açılıb.

Tayland hərbçiləri də cavab olaraq atəş açıblar. Hadisə nəticəsində hər iki tərəf arasında qarşıdurma daha da gərginləşib.

Məlumata görə, iyulun 24-ü səhər saatlarında Tayland və Kamboca arasında mübahisəli sərhəd bölgəsində, xüsusilə Ta Moan Tom məbədinin yaxınlığında hərbi birləşmələr arasında toqquşmalar başlayıb. Tayland hakimiyyəti Kambocanı sərhəd münaqişəsini qızışdırmaqda ittiham edib. Hadisələrin fonunda Tayland Hərbi Hava Qüvvələri Kamboca ərazisindəki hədəflərə zərbələr endirib.

Tayland Xarici İşlər Nazirliyinin məlumatına görə, Kamboca hərbçiləri Taylandın hərbi bazasını və mülki obyektlərini atəşə tutub. Hücum nəticəsində dinc sakinlər arasında ölən və yaralananların olduğu bildirilir.

Poliqon.info

Избранный
21
poliqon.info

1Источники