“Bayer” yeni transfer gerçəkləşdirib.
Msport.az xəbər verir ki, Bundesliqa təmsilçisi Mali klubu “Bamako”dan Njkura Bombanı transfer edib.
Hazırda 17 yaşı olan hücumçu gələn ilin martında “Bayer”ə qoşulacaq. Buna səbəb FİFA-nın 17 yaşına çatmamış oyunçuların beynəlxalq transferlərinə qadağa qoyulmasıdır.
Qeyd edək ki, Bomba bundan əvvəl 17 yaşadək futbolçulardan ibarət Afrika Millətlər Kubokunda iştirak edib. O, Mali millisinin heyətində 6 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.