RU

Araz Əzimov İran səfiri ilə müzakirə apardı

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İranın bu ölkədəki səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, regional və beynəlxalq proseslər müzakirə olunub.

M.Dəmirçilu görüş zamanı İran-Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini bildirib. Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdirilməsinin və münasibətlərin möhkəmləndirilməsinin zəruri olduğunu qeyd ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
12
globalinfo.az

10Источники