RU

PSJ Donnarumma ilə yeni müqavilə bağlaya bilməyib

PSJ-nin qapıçısı Canluici Donnarumma klubu tərk edə bilər.

Operativ Media xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 26 yaşlı italiyalı ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar dalana dirənib. Qapıçı ilə "Mançester Yunayted", "Mançester Siti" və "Çelsi" maraqlanır.

Donnarumma ilə zəif danışıqlar fonunda PSJ "Lill"dən Luc Chevalier'i transfer etməyi düşünür.

2024/25 mövsümündə Donnarumma bütün yarışlarda 47 matçda iştirak edib və 43 qol buraxıb.

Избранный
12
operativmedia.az

1Источники