RU

ABŞ 4 milyard dollarlıq NASAMS ZRK-lərin Misirə satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti 4.6 milyard dollar dəyərindəki NASAMS zenit-raket komplekslərinin Misirə satışını təsdiq edib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə NASAMS ZRK-lərin və digər sistemlərin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Həmçinin 100 ədəd AMRAAM-ER, 100 ədəd AIM-120C-8 AMRAAM və 600 ədəd AIM-9X “Sidewinder” Block II raketlərinin də satın alınması sifarişə daxildir.

Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “RTX Corporation” şirkəti olacaq.

Избранный
27
poliqon.az

1Источники